Milli komandanın futbolçusu həlak olub
29.12.2012 - 10:23
Çexiya milli komandasının sabiq futbolçusu Vaslav Drobnı həlak olub. Apasport.az saytının məlumatına görə, vətənində kurort şəhərində gecə dağ xizəyi şossesində sürüşən 32 yaşlı müdafiəçi ağaca girib. O, xəstənaxaya ağır vəziyyətdə gətirilib və həkimlər həyatını xilas edə bilməyib. Polis faciənin səbəblərini araşdırır.
Qeyd edək ki, millisində 2 oyun keçirən Drobnının klub karyerası İngiltərədə “Aston Villa”, Almaniyada “Ausburq”, Fransada “Strasburq”, vətənində “Sparta” və “Bogemians”a bağlı olub.
Qeyd edək ki, millisində 2 oyun keçirən Drobnının klub karyerası İngiltərədə “Aston Villa”, Almaniyada “Ausburq”, Fransada “Strasburq”, vətənində “Sparta” və “Bogemians”a bağlı olub.
0
0