“Neftçi” Sebastyan Milanı almağa ən real namizəddir
29.12.2012 - 10:35
Polşa milli komandasının sabiq futbolçusu Sebastyan Mila ilə maraqlanan Azərbaycan klubunun adı rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionu “Şlensk” klubunun kapitanı ilə birdən-birə 3 komanda maraqlanır.
Bunu 30 yaşlı yarımmüdafiəçinin meneceri Daniel Veber açıqlayıb. O, hətta klublardan birinin adına da aydınlıq gətirib: “Mila ilə 3 komandanın maraqlandığını deyə bilərəm. Onlar arasında Bakının “Neftçi” klubu da var. Bu komandada bir müddət əvvəl məşhur Emil Mpenza çıxış edirdi. Lakin Sebastyan karyerasını Qdanskın “Lexiya”sında başa vurmağın tərəfdarıdır”.
Lakin Qdansk təmsilçisi bu keçiddə maraqlı deyil. Onlar “Şlenskə para ödəmək fikrindən uzaqdır. Bunu klubun idman direktoru Boquslav Kaçmarek açqılayıb: “Lexiya” ilə Milanı yüzlərlə mil ayırır. Klubuna ödənəcək pulla yanaşı futbolçu da böyük məbləğ tələb edir. Pulsuz olsaydı onu götürərdik”.
Polşa mətbuatı isə daha maliyyə baxımından daha sərfəli təkliflə çıxış edən “Neftçi”nin yarımmüdafiəçini heyətinə qatacağına inanır. Mila ölkəmizə gəlməkdə meylli olmasa da ən ciddi variant kimi məhz bakılıların təklifi sayılır.
Qeyd edək ki, 30 yaşlı futbolçu 5 ildir “Şlensk”də çıxış edir. Mila vaxtı ilə vətənində LKS, “Visla”, “Qrotslin”, “Legiya”, həmçinin “Volerenga” (Norveç), “Austriya” (Avstriya),kimi klubların formasını geyinib. O, sonuncu dəfə ötən il çağırıldığı Polşa yığmasında 30 matça 6 qol vurub.

0
0