Cavid İmamverdiyevin mövqeyinə oyunçu tapıldı
29.12.2012 - 14:08
“Neftçi” klubunun futbolçusu Cavid İmamverdiyevin Kiyev “Dinamo”suna keçmək arzusu düyünə düşüb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Ukrayna təmsilçisindən təklif aldığını iddia etsə də, MDB məkanının ən titullu klubu onun xidmətində maraqlı olmadığını bir daha göstərib.
Belə ki, “Dinamo” Cavidlə eyni mövqedə çıxış edən başqa oyunçunun transferini reallaşdırmaq üzrədir. Bu, Ukrayna yığması və “Vorskla”nın orta sahə oyunçusu Roman Bezusdur. 22 yaşlı futbolçu ilə bağlı danışıqların yekunlaşmaq üzrə olduğu artıq rəsmən təsdiqlənib. 22 yaşlı futbolçu isə elə Cavid kimi hücumameylli yarımmüdafiəçidir ki, 2-ci hücumçu kimi də çıxış etməyi bacarır.
Qeyd edək ki, “Dinamo”nun idman direktorunun müavini Vladimir Veremeyev də İmamverdiyevlə maraqlanmadıqlarını apasport.az saytıan açıqlamışdı.

0
0