“Bakı” Uinston Parksa da qapını göstərdi
29.12.2012 - 18:20
“Bakı” Uinston Parksa da qapını göstərdi
Avrokuboklara düşməyi qarşısına hədəf qoyan “Bakı”dan ayrılacaq legionerlərin siyahısı bəlli olub. Bu barədə apasport.az saytına klubun baş meneceri Zeynal Məmmədov məlumat verib.

O bildirib ki, imtina etdiyi futbolçular Leandro Beserra, Vangelis Mantsiosdan başqa, Duye Bakoviç, Maris Verpakovski, Uinston Parks və Nenad Kovaçeviçdir.

Rəhbərlik ağır zədədən sonra bərpasının çətin keçəcəyini düşündüyündən, kosta-rikalı hücumçu Parksla da yolları ayırmaq qərarına gəlib. Komandadan 1-2 yerli futbolçunun da göndəriləcəyi istisna olunmur.