Milli komandamızın hücumçusu rəsmən “Ərciyəsspor”dan ayrıldı
29.12.2012 - 20:07
Milli komandamızın hücumçusu Cihan Özkara gözlənildiyi kimi “Ərciyəsspor”dan ayrılıb. Apasport.az saytının məlumatına görə, Kayseri təmsilçisinin baş məşqçisi Osman Özköylü rəhbərliyə 5 futbolçunun göndərilməsini bildirib.
Cihan Özkara, Mehmet Ayaz, Kemal Okyay, Vəli Torun və Əmrə Morgil Türkiyənin I dəstə klubuna lazım olmayıb. Belədə icarə müqaviləsi yaya kimi olan futbolçumuz klubu erkən tərk etib. İndi hücumçumuz məxsus olduğu “Sivasspor”a qayıtmalıdır. Ancaq Superliqa təmsilçisinin futbolçunu heyətində saxlayacağı dəqiq bilinmir. “Əskişəhirspor”da Rəşad Sadıqovu əsas heyətdən məhrum edən Rıza Çalımbayın Özkaranın xidmətindən yararlanacağı inandırıcı görünmür.
Qeyd edək ki, hazırda “Rəvan”dan çıxdıqdan sonra klubsuz qalan Amit Quluzadə də Osman Özköylünün dönəmində “Ərciyəsspor”dan ayrılmışdı.

0
0