“Ola bilsin ki, gedəcəyim klub elə Azərbaycandan olsun”
29.12.2012 - 21:11
“2006-cı il dünya çempionatının seçmə mərhələsi idi. Baş məşqçi Pavel Yanasın rəhbərliyi altında Bakıda azərbaycanlıları 3:0 hesabı ilə məğlub etmişdik. Əsas heyətdə meydana çıxmışdım. Onda Bakıda hava çox isti idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Şlyonsk” klubunun kapitanı Sebastyan Milya deyib.
Meneceri Daniel Veberin sözlərinə görə, “Neftçi”dən ciddi təklif alan Milyanın iyuna kimi indiki klubu ilə müqaviləsi var. Ancaq müqavilə müddəti uzadılmasa, futbolçu ölkəmizə gəlmək istəyini gizlətməyib. Hətta 30 yaşlı müdafiəyəmeylli oyunçu Azərbaycanda ilinə 500 min avro qazana biləcəyini söyləyib.
Polşa portallarından birinə danışan Milya 2005-ci ilin iyunun 4-də Karlos Alberto Torresin istefasına səbəb olan oyunu xatırlayıb. Futbolçu tanış ölkədə futbol oynamağın mümkünlüyünü vurğulayıb: “Hər şey ola bilər. Məni hardan istəyirlərsə, ora da gedəcəm. Ola bilsin ki, elə bu Azərbaycan olsun. Heç nəyi istisna etmirəm”.
Qeyd edək ki, Milya ilə Polşanın “Lexiya” klubu da maraqlanır.

0
0