Abidal məşqlərə başladığı üçün xoşbəxtdir
29.12.2012 - 22:53
Abidal məşqlərə başladığı üçün xoşbəxtdir
“Barselona”nın müdafiəçisi Erik Abidal 8 aydan sonra məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, bu haqda fransalı futbolçunun özü məlumat verib. Birləşmiş Ərəb Əmrliklərinin paytaxtı Dubayda keçirilən iki günlük futbol konfransından sonra o, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Abidal 8 ay bundan öncə qaraciyərinin dəyişdirilməsindən sonra hazırda özünü yaxşı hiss etdiyini bildirib. Artıq Kataloniya klubunda məşqlərə başladığı üçün xoşbəxt olduğunu ifadə edib. O, həmçinin yenidən yaxşı çıxış etməsinə görə, bir az vaxta ehtiyacın olduğunu, komandasının uğur qazanması üçün isə əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Erik Abidal “Barselona”ya 2007-ci ildən “Lion”dan keçib. Burada o, 2 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə isə İspaniya La Liqasına sahib olub.