Mourinyo “Yuventus”dan qorxur
30.12.2012 - 00:08
Mourinyo “Yuventus”dan qorxur
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında ən çox “Yuventus”dan çəkindiyini açıqlayıb. Apasport.az saytının İtaliya mətbuatına istinad məlumatına görə, portuqaliyalı çalışdırıcı Turin təmsilçisini bütün komandalar üçün ciddi rəqib olduğunu bildirib.

49 yaşlı mütəxəssis son A seriyasının qalibindən qorxduğunu vurğulayıb:

“Düzünü desəm mən “Yuventus”u sevmirəm. Çünki onlardan qorxuram. Mənə elə gəlir ki, baş məşqçi Antonio Kontenin komandası bu il Avropada zəfər qazana bilər. Turin klubu kollektiv bir komandadır. Dənizdə batmayan gəmi kimi. Onların futbolçuları hər şəraitdə qol vurmağı bacarırlar. Yarımmüdafiəçi və ya hücumçu olsun, fərqi yoxdur. Mənə “Yuventus” 2004-cü ildə işlədiyim “Portu”nu xatırladır”.

Qeyd edək ki, Joze Mourinyo həm “Portu”da (2004), həm də “İnter”də (2010) Çempionlar Liqasına sahib olub.