“Palermo” heyətini gücləndirdi
30.12.2012 - 03:45
“Palermo” heyətini gücləndirdi
İtaliya A seriyasının aşağı pillələrində qərarlaşan “Palermo” heyətini yeni müdafiəçi ilə gücləndirib. Apasport.az-ın klubun saytına istinad məlumatına görə, Siciliya təmsilçisi “Napoli”də forma geyinən Salvator Aronisanı transfer edib.

“Palermo” rəhbərliyi 34 yaşlı futbolçu ilə 2015-ci ilə qədər müqavilə bağlayıb. Bu gün isə Aronisa komandanın heyətində məşqlərə başlayacaq. Salvatoru isə ictimayyətə yanvar ayının 2-də təqdim edəcəklər.

Qeyd edək ki, Aronisa “Napoli”də 2008-ci ildən çıxış edir.