“Rubin”də üçüncü türk futbolçunu ola bilər
30.12.2012 - 04:48
“Rubin”də üçüncü türk futbolçunu ola bilər
“Rubin” “Qalatasaray”ın yarımmüdafiəçisi Engin Baytara yenidən transfer təklifi göndərib. Apasport.az saytının Türkiyə mətbuatına istinad məlumatına görə, Kazan təmsilçisi 29 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmaqda iddialıdır.

Baytar mövsümün əvvəlində ölkə super kubokunda “Fənərbaxça” ilə qarşılaşmada 11 oyunluq cəzalandırıldıqdan sonra hazırda meydana çıxmaqda çətinlik çəkir. Bunu üçün də onun rus klubuna keçidi inandırıcı görünür. Lakin “Rubin” Engini transfer etmək üçün İstanbullulara nə qədər pul ödəyəcəyi hələ ki, məlum deyil.

Qeyd edək ki, daha öncə də “Rubin”nin Baytara təklif göndərməsi gündəmə gəlmişdir. Amma onun meneceri Əli Egesel mövsümün sonuna qədər futbolçunun heç bir yerə getməyəcəyini bildirmişdir.