“Mən qəzaya uğrayan təyyarə ilə Azərbaycanla oyuna yollanmışdım”
30.12.2012 - 11:06
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının üzvlərini daşıyan təyyarə qəzaya uğrayıb. Apasport.az saytının məlumatına görə, “Tu-204” təyyarəsi uçuş zolağından çıxaraq Kiyev şosesinə çıxıb və yanıb. Nəticədə 4 nəfər həlak olub.
Rusiya Futbol İttifaqının mətbuat xidmətinin sabiq rəhbəri Andrey Malosolov həmin təyyarə ilə 3 il öncə milli komandamızla Bakıda 1:1 hesabı ilə nəticələnən oyuna yollandıqlarını bildirib: “Tu-204” təyyarəsi Vnukovo hava limanında qəzaya uğrayıb. O, futbol Rusiya yığmasını dəfələrlə aparıb. 2009-cu ildə məhz bu təyyarə ilə millimiz Qus Hiddinkin rəhbərliyi altında Bakıya Azərbaycan yığması ilə rəsmi oyuna yollanmışdı. Onda komanda ilə mən də, Rusiya Futbol İttifaqının mətbuat xidmətinin rəhbəri kimi yollanmışdım”.

0
0