Rəşad Abdullayev: Əvvəl xaricə getmək çətin idi
30.12.2012 - 13:12
“Qəbələ”nin kapitanı Rəşad Abdullayev yeni il Azərbaycandan kənarda qarşılamaq istəyir. O, apasport.az saytına açıqlamasında bildirib ki, Dubaya yollanmağı planlaşdırıb.
Onun sözlərinə görə, hansısa problem çıxmazsa, artıq bu axşam səfərə çıxmaq fikrindədir: “Dubayda əvvəllər də olmuşam. Ancaq bu, millinin, klubun heyətində, yəni işlə bağlı olub. İndi isə ora ailəmlə birgə istirahətə yollanmaq istəyirəm. Əvvəllər uşaqlarım körpə olduğu üçün ölkədən kənara çıxmaq bir az çətin idi. İndi artıq böyüyüblər və övladlarımı xaricə aparıb gəzdirmək istəyirəm. Dubayda uzun müddət qalmaq fikrim yoxdur. Bakıda görüləsi işlərim olduğundan, yanvarın 1-də qayıtmağı nəzərdə tutmuşam”.

0
0