Sebastyan Milyanın “Neftçi”yə gəlməsinin səbəbi bəlli oldu
30.12.2012 - 14:04
“Neftçi”də ilinə 450 min avro alacaq Sebastyan Milyanın ölkəmizə gəlmək istəməsinin əsl səbəbi bilinib. Apasport.az saytının məlumatına görə, son Polşa çempionu 2013-cü ilin iyunun 30-na kimi “Şlyonsk”la olan müqaviləsini artırmaq məqsədi güdür.
Polşalı həmkarlarımızın iddiasına görə, 30 yaşlı futbolçu təcrübəsini və Vrotslav klubunda kapitan olduğunu nəzərə alıb, yeni müqaviləsində maaşının artırılmasını istəyir. Milya indiki klubu ilə ilinə 600 min zlot və ayına təxminən 70 min zlot maaş nəzərdə tutulan yeni 3 illik müqavilə bağlamaq niyyətindədir.
Təbii ki, o və meneceri Daniel Veberin sözlərindən cari mövsüm Polşa klublarından fərqli, Avroliqanın qrup mərhələsində iştirak etmiş “Neftçi”nin adından yararlanaraq istəyinə çatmaq məqsədi güddüyü hiss olunur. Onsuz da Bakı klubunun rəsmiləri də belə bir futbolçu ilə maraqlanmadıqlarını qətiyyətlə bildirir.
Qeyd edək ki, Milya və meneceri daha çox pulu olan Qdansk “Lexiya”sının da onunla maraqlandığını iddia edir. “Şlyonsk” hazırda Polşa Ekstraklassasında 26 xalla V, “Lexiya” isə 23 xalla VI sıradadır.

0
0