“Hacı Hacıyev məni bəyənib”
30.12.2012 - 14:43
“Rusiyalı mütəxəssis Hacı Hacıyev məni ötən qış Antalyada bəyənmişdi. Onda “Neftçi”nin heyətində Əhməd Kadırovun xatirə turnirində iştirak edirdim ki, həmin çalışdırıcı da oyunları izləyirdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin kapitanı Rəşad Abdullayev deyib.
Mövsümlərarası fasilədə “Neftçi”dən Qəbələnin eyniadlı təmsilçisinə keçən 31 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə legioner həyatı yaşamaq variantını nəzərdən keçirir.
Abdullayevin sözlərinə görə, adının məhz “Krılya Sovetov” ətrafında hallanmağı məhz Hacıyevin bu komandanın baş məşqçi postuna qayıdışı ilə bağlıdır: “Onun uzun illərdir Rusiyada yaşayan tanışımla həmin vaxt söhbəti olub. Hacıyev haqqımda deyib ki, bu futbolçu Rusiya Premyer Liqasında oynaya bilər. İndi həmin mütəxəssis “Krılya Sovetov”un baş məşqçisidir. Hacıyev artıq məni gördüyündən, Rusiyadakı həmin adam onun komandasına keçməyi təklif edir. Bu, bir variantdır və o demək deyil ki, Rusiyaya gedəcəyəm. Elə yaşdayam ki, baxışa getmək vaxtım deyil. Birbaşa müqavilə təklifini nəzərdən keçirmək olardı”.
Həmin tanışının 5-6 il öncə də onu Rusiyaya aparmağa çalışdığını deyən Rəşad kapitan sarğısı etibar olunduğu “Qəbələ”ni uğurlara daşımaq istəyir: “Mən daim sabit oynamışam və reklama ehtiyacım yoxdur. Heç vaxt özümü reklam etmək fikrim olmayıb. Ona qalsa, mən televiziya ekranlarına da çox çıxmıram və diqqət mərkəzində olmağı sevmirəm. Yaşım az olsaydı, ölkədən kənara çıxmaq variantını dərhal dəyərləndirərdim. Ancaq artıq 30-u haqlamışam və hər şeyi götür-qoy edib, qərarımı verməliyəm”.
Mehman SÜLEYMANOV

0
0