Rusiyada ilin ən yaxşı futbolçusunun adı açıqlandı
30.12.2012 - 15:11
Rusiyada ilin ən yaxşı futbolçusunun adı açıqlandı
Rusiyada 2012-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”sunun hücumçusu Aleksandr Kokorin keçirilən sorğunun qalib olub. O, 45 bal toplamaqla, rəqiblərini xeyli qabaqlayıb.

Belə ki, 2-ci yerdə gedən “Zenit”in yarımmüdafiəçisi Roman Şirokov 25 bal yığıb. MOİK-in yarımmüdafiəçisi Anal Dzaqoyev 20 balla 3-cü yeri tutub.

Qeyd edək ki, hər 3 futbolçu Rusiya yığmasının heyətində millimizlə oktyabrda Moskvada keçirilən rəsmi oyunda iştirak edib. Şirokov həmin matçın sonunda penaltidən vurduğu qola yığmasına çətin qələbə qazandırıb – 1:0.