AZAL-dan qovuldu, Moldovada qol vurdu
30.12.2012 - 16:04
AZAL-ın qış fasiləsində yollarını ayırdığı Moldova yığmasının futbolçusu Artur Patraş vətəninə qayıdıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vaqif Sadıqovun xidmətindən imtina etdiyi yarımmüdafiəçi “Politexnika”nın heyətində yer alıb. Artur Redeutsanu Kubokunun ilk turunda “Zimbru-2” ilə matçda oynayıb. Patraş komandası 2:4 hesabı ilə uduzduğu oyunun 33-cü dəqiqəsində qol vurub.
Qeyd edək ki, moldovalı yayda keçdiyi “təyyarəçilər”lə müqaviləsini pozub.
Qeyd edək ki, moldovalı yayda keçdiyi “təyyarəçilər”lə müqaviləsini pozub.
0
0