7 min azarkeş qapıçılarını dəstəklədi
30.12.2012 - 22:14
“Real”ın qolkiperi İker Kasilyasa dəstək vermək üçün 7 min azarkeş məşqə gəlib. Apasport.az saytının məlumatına görə, İspaniya La Liqasının 17-ci turunda “Malaqa” (3:2) ilə qarşılaşmada Joze Mourinyo tərəfindən ehtiyatda saxlanılan qapıçı üçün azarkeşlər “Alfredo di Stefano” stadionuna təşrif buyurub.
Burada İspaniya milli komandasının da kapitanı olan Kasilyası azarkeşlər hər an alqışlayıb və ona sevgilərini çatdırıblar.
Qeyd edək ki, “Kral klubu”nun məşqini izləyənlərin arasında komandanın prezidenti Florentino Peresdə olub.

0
0