Qadın futbolunda dava
30.12.2012 - 22:38
Qadın futbolunda dava
Futbol üzrə Türkiyədə qadınlar arası 2-ci liqa çempionatında dava düşüb. Apasport.az saytının məlumatına görə, “Yalova Gənclik Xidmətlərispor”la “Elitspor” matçının başa çatmasından sonra hər iki komandanın qadın futbolçuları arasında insident yaranıb.

“Elitspor”un 2:1 hesabı ilə qələbə qazandığı oyunda qonaq komandanın həm futbolçuları, həm də azarkeşləri rəqib oyunçuları təhqir edib. Elə münaqişədə bundan sonra baş verib. Polisin məsələyə qarışmasından sonra isə hər iki tərəfi sakitləşdirmək mümkün olub.