Rednapp türk futboluçu ilə maraqlanır
30.12.2012 - 23:54
İngiltərə Premyer Liqasında işləri yolunda getməyən KPR yanvar ayında heyətini gücləndirmək niyyətindədir. Apasport az saytının “Daily Mirror”a istinad məlumatına görə, komandanın baş məşqçisi Harri Rednapp “Renn”də forma geyinən Mevlüt Ərdinci sərəncamında görmək istəyir.
Öncə təcrübəli çalışdırıcı “Nyukasl”ın hücumçusu Demba Banı transfer etməyi planlaşdırdı. Lakin “sağsağanlar”ın rəhbərliyi forvard üçün 7 milyon və futbolçunun özü isə həftəyə 70 min funt-sterlinq tələb etməsindən sonra Rednapp fikirindən daşınmışdır. Demba Badan əlini üzən təcrübəli mütəxəssis bütün diqqətini Türkiyə milli komandasının 25 yaşlı futbolçusuna yönəldib. Tərəflər arasında razılıq baş tutduğu təqdirdə, Ərdinc yanvar ayından etibarən KPR-in formasını geyinəcək.
Qeyd edək ki, Mevlüt 2011-2012 mövsümünün qış transfer dövrəsində PSJ-dən “Renn”ə keçib. O, bu il Fransa klubunda 22 matçda meydana çıxıb və 9 qola imza atıb.

0
0