“Komandamızda ən təcrübəli boksçu Yelena Vıstropovadır”- MÜSAHİBƏ
31.12.2012 - 00:53
Boks üzrə qadınlardan ibarət milli komandamız ilk ciddi sınağını Qazaxıstanda keçirilən beynəlxalq turnirdə verdi. Apasport.az saytının məlumatına görə, yenilənmiş komandamız yarışdan vətənə 1 qızıl, 1 gümüş və 1 bürünc medalla döndü. Dünya çempionatının gümüş mükafatçısı, London Olimpiadasının iştirakçısı Yelena Vıstropova 69 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Leyla Cavadova (75 kq) gümüş, Aynur Rzayeva (81+ kq) isə bürünc medala layiq görülüb. Komandamızın baş məşqçisi Şamil Məhəmmədbəyov boksçularımızın çıxışı, eləcə də millimizin gələcək planları ilə bağlı fikirlərini bildirib.
- Qazaxıstandakı turnirdən öncə iki təlim-məşq toplanışı keçmişdik. Qəbələdə yüksək səviyyədə hazırlaşmağımız üçün hər bir şərait yaradılmışdı. Beynəlxalq turnirdə mübarizə aparan qızların hamısından razı qaldım. Nəzərə almaq lazımdır ki, Yelena Vıstropova və Leyla Cavadovadan başqa digər boksçuların böyük yarış təcrübəsi yox idi. Amma onlar da tapşırıqlarımızı yerinə yetirə bildilər. Sadəcə bəzi məqamlarda təcrübəsizlik özünü göstərdi. Leyla Cavadova təşkilatçılar tərəfindən “qələbə əzminə görə” mükafatı ilə qiymətləndirildi. Ümumiyyətlə, bu boksçunun çıxışını mütəxəssislər də yüksək qiymətləndirdilər. Komandamızın lideri Yelena Vıstropova isə 1-ci yeri tutmaqla yanaşı, “azarkeşlərin rəğbəti” nominasiyasında fərqləndi. Digər boksçularımızdan Əminə Abbasova və Anaxanım Ağayevanın bəxtinin gətirmədiyini deyə bilərəm. Onlara qarşı hakimlərin də qeyri-obyektivliyi oldu.
- London Olimpiadasından sonra bu Yelena Vıstropovanın ilk yarışı idi. O, uzun müddət rinqə çıxmamasına baxmayaraq, qalib gələ bildi. Vıstropova üçün çətin olmadı ki?
- Qəbələ toplanışından sonra boksçulara dəfələrlə xəbərdarlıq etdim ki, Qazaxıstanda hava soyuqdur. Geyiminizə fikir verin. Təssüff ki, Lena Qazaxıstanda yarışın gedişində xəstələndi. Hətta o, yarımfinal və final görüşlərinə dərmanların köməyi ilə çıxdı. Vıstropovanın finala geden yolu çətin oldu. O, güclü Rusiya boksçusu ilə qarşılaşmada çətinliklə də olsa qalib gəldi. Finalda isə Lenanın rəqibi yerli idmançı idi. Həmin görüşdə də təbii ki, hakimlərin Qazaxıstan boksçusuna rəğbəti var idi. Ancaq millimizin üzvü soyuqqanlı şəkildə döyüşərək qalib gəldi.
- Qazaxıstan turnirində Olimpiya çəki dərəcəsində (75 kq) Leyla Cavadova mübarizə apardı. Londonda isə bu çəkidə Yelena Vıstropova çıxış etmişdi. Bu dəfə Vıstropova 69 kq çəkidə yarışdı...
- Bu haqda indidən nə isə demək tezdir. Hələ növbəti Olimpiya oyunlarına lisenziya turnirlərinə 3 il var. Komandamızda ən təcrübəli boksçu Yelena Vıstropovadır. Əslində Lenanın əsl çəkisi 69 kq idi. Sadəcə bu çəki Olimpiya oyunlarının proqramına daxil deyil. Buna görə də Vıstropova Londonda 75 kq-da mübarizə apardı. Həm də ola bilsin ki, Rio de Janeyro Olimpiadasında qadın boksçuların sayı artırılsın. Bununla bağlı AİBA Beynəlxalq Olimpiya Komitəsi ilə danışıq aparır. Braziliya Olimpiadasında qadın boksunda çəki dərəcələrinin sayının 6-ya qədər artırılması gözlənilir.
- Qazaxıstan turnirində mübarizə aparan digər gənc boksçuların potensialını necə qiymətləndirirsiniz?
- Yarışda 3-cü yeri tutan Aynur Rzayeva da xoş sözlərə layiqdir. O, yarımfinalda dünya reytinqində 2-ci olan boksçu ilə başa-baş mübarizə apardı. Yəni boksçumuzun bir qədər təcrübəsi olsaydı, o daha yüksək yer tuta bilərdi. Amma 3-cü yer də onun üçün yaxşı nəticədir. Gələn ilin mayında yeniyetmə və gənc qızlar arasında dünya birinciliyi keçiriləcək. Orada 3 boksçumuzun iştirak etməsi gözlənilir. Anaxanım Ağayeva, komandamıza yeni cəlb olunan Alina Hacıyeva və daha bir boksçu dünya birinciliyində qüvvəsini sınayacaq.
-Yeni ildə komandanın planları nece olacaq?
- Yanvarın 5-dən 12-ə kimi Qəbələdə təlim-məşq toplanışında olacağıq. Daha sonra iki beynəlxalq turnirdə iştirak edəcəyik. İlin əsas yarışları əvvəlcə gənclər və yeniyetmələr arasında dünya birinciliyi, oktyabrda isə böyüklər arasında Avropa çempionatıdır. Əsas məqsədimiz həmin yarışlara səylə hazırlaşıb, uğurlu nəticələr əldə etmək olacaq.
Mənbə: abf.az

0
0