Zanetti “İnter”də məşqçi kimi işləmək istəyir
31.12.2012 - 03:43
17 ildir “İnter”in formasını geyinən və klubun əfsanəvi futbolçularından biri olan Xavyer Zanetti karyerasını başa vurduqdan sonra nə işlə məşğul olacağını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 39 yaşlı argentinalı müdafiəçi futbolla vidalaşdıqdan sonra Milan təmsilçisinin heyətində məşqçilik fəaliyyətinə başlamaq istədiyini bildirib.
Həmçinin o, komandanın həmişə dəyərli oyunçularından biri olduğunu və milanlılara sadiq qaldığını vurğulayıb:
“Mənə “İnter” çox şey verdi. Uzun müddətdir ki, İtaliyada yaşayıram. Futbol karyerama son qoyduqdan sonra da burada qalmaq fikrindəyəm. Milan təmsilçisində oynadığım müddətdə həmişə komandamın dəyərli oyunçularından olmuşam. Bundan sonra da işimi fərqli sahədə yəni məşqçilik işində davam etdirəcəyəm. Ailəmdə burada çox xoşbəxtdir və onlarda məni kimi İtaliyanı sevir”.
Qeyd edək ki, Xavyer Zanetti bu illər ərzində “İnter”in heyətində 587 matçda meydana çıxıb və 12 qola imza atıb.

0
0