Salamon Kalu Fransa klubunda qalır
31.12.2012 - 06:32
Salamon Kalu Fransa klubunda qalır
Mövsümün əvvəlində “Çelsi”dən ayrılaraq “Lill”ə müqavilə bağlayan Salamon Kalunun bu klubdan da gedəcəyi iddia edilir. Apasport.az saytının “SkySport”a istinad məlumatına görə, 27 yaşlı futbolçu Fransa mətbuatı tərəfindən təzyiq edildiyi üçün onun başqa komandaya keçəcəyi gündəmə gəlmişdir.

Lakin Kot d’İvuar yığmasının hücumçusu heçdə belə fikirləşmədiyini ifadə edib:

“Mənim hazırda klubumla 4 illik müqaviləm var. Burada mənə inananlara özümümü sübut etdirmək üçün mübarizə aparacağam. Mənim “Lill”də oynamağımı istəyən insanlar olarkən, mən heç də buradan ayrılmağı fikirləşmirəm”.

“Qeyd edək ki, Salamon Kalu bu mövsüm 13 qarşılaşmada forma geyinib və 2 qola imza atıb.