Rəqibimizin baş məşqçisi fərqləndi
04.01.2013 - 13:57
Rəqibimizin baş məşqçisi fərqləndi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ilin ən yaxşı yığma məşqçilərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun dünya ölkələrindəki üzvləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən Visente Del Boske planetin ən yaxşısı seçilib.

İspaniya millisinin baş məşqçisi 231 xal toplayıb. İtaliya yığmasının çalışdırıcısı Çezare Prandelli 83 xalla 2-ci, Meksika komandasının məşqçisi Luis Fernando Tena isə 70 xalla 3-cü olub.

Qeyd edək ki, 17 mütəxəssisin yer aldığı siyahıda DÇ-2014-də millimizin rəqibi olan Portuqaliyanın baş məşqçisi Paulu Bentu da var. Evdə Azərbaycana qalib gələn komandanın çalışdırıcısı 16 xalla 7-cidir.