Dəyişməz lider
04.01.2013 - 14:29
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ilin ən yaxşı qapıçılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun dünya ölkələrindəki üzvləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən yenə İker Kasilyas planetin ən yaxşısı seçilib.
İspaniya milli komandasının və Madrid “Real”ının qolkiperi 224 xal toplayıb. O, ən yaxın izləyicisi Canluici Buffonu (İtaliya yığması və “Yuventus”) 96 xal qabaqlayıb. İlk “üçlüyü” Çexiyanın və “Çelsi”in qapıçısı Petr Çex qapayıb (92 xal).
Ümumilikdə, İFFHS-in siyahısına isə cəmi 9 əlcək sahibinin adı daxil olub.

0
0