AZAL daha 2 futbolçusu ilə yollarını ayırdı
04.01.2013 - 16:02
AZAL daha 2 futbolçusu - Rəhman Musayev və Səbuhi Həsənovla yollarını ayırıb. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətindən məlumat veriblər.
Belə ki, hər 2 futbolçu əsas heyətə düşə bilmədiklərindən baş məşqçi Vaqif Sadıqova müraciət edərək, özlərinə yeni komanda tapmağı xahiş ediblər. Klub rəhbərliyi də onların karyeralarını nəzərə alaraq, müqaviləyə xitam verib. Nəticədə Musayevlə Həsənov yeni komanda tapacaqları halda, oraya sərbəst oyunçu kimi keçə biləcəklər.
AZAL həmçinin, mövsümün əvvəlində transfer etdiyi Arif İsayevlə də müqaviləni qarşılıqlı şəkildə pozub. Bu addım isə yığmamızın sabiq yarımmüdafiəçisinin Türkiyənin “Dənizlispor” klubundan təklif alması və karyerasını ölkə xaricində davam etdirmək istəyi ilə bağlıdır.
Qeyd edək ki, Bakı təmsilçisi daha öncə Aqil Nəbiyev, Yasin Abbasov və Artur Patraşla da vidalaşmışdı. AZAL-ın hələlik yeganə transferi isə Ruslan Zubkovdur.

0
0