“Neftçi” hazırlığını davam etdirir
04.01.2013 - 17:43
“Neftçi” qış fasiləsi hazırlığını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün səhər saatlarında baş tutmuş məşq komandanın bazasında keçirilib. İsinmə hərəkətləri ilə başlanan hazırlıq toplu çalışmalarla davam edib.
Qeyd edək ki, “ağ-qaralar” yanvarın 11-də Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq. İki mərhələli hazırlıq fevralın 3-də başa çatacaq. Bu müddətdə komanda bir neçə yoxlama görüşündə qüvvəsini sınayacaq.

0
0