Neqredo “Seviliya”da qalır
04.01.2013 - 20:26
Neqredo “Seviliya”da qalır
“Seviliya”nın hücumçusu Alvaro Neqredo ilə “Çelsi” və “Nyukasl” yaxından maraqlanır. Apasport.az saytının məlumatına görə, hər iki ingilis klubu forvardı yaxın günlərdə transfer etməyi planlaşdırır. Bununla bağlı “Seviliya”nın prezidenti Joze Mariya del Nido açıqlama verib.

O, ispan futbolçuya təkliflərin gəldiyini təsdiq edib. Lakin onu satmayacağını bildirib:

“Hazırda Neqredoya və 7 futbolçumuza transfer təklifi gəlib. Amma onu satmağa ehtiyacımız yoxdur. Biz bütün təklifləri rədd etdik. Həmçinin Alvaronun özü də heç bir komandaya keçmək istəmədiyini vurğulayıb”.

Qeyd edək ki, Neqredo 2009-2010 mövsümündə Madrid “Real”ından “Seviliya”ya 15 milyon avroya transfer olunub. O, 4 il ərzində 65 qola imza atıb.