Demba Ba “Çelsi”də
04.01.2013 - 20:41
Demba Ba “Çelsi”də
Ötən mövsüm Çempionlar Liqasının qalibi olan “Çelsi” heyətini gücləndirib. Apasport.az-ın məlumatına görə, “zadəganlar” “Nyukasl”ın hücumçusu Demba Ba ilə müqavilə bağlayıb. Artıq bu xəbəri klubun rəsmi saytı da təsdiqləyib.

London təmsilçisi seneqallı forvard üçün 7 milyon funt-sterlinq təzminat haqqı verib. Demba Ba yeni komandası ilə 3.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı hücumçu 18 aydır “Nyukasl”ın formasını geyinir. O, “sağsağanlar”ın heyətində bu mövsümün ilk yarısına qədər 13 qol vurub.