“Napoli” Pablonun keçidini həll etməyə çox yaxındır
04.01.2013 - 21:16
“Napoli” Pablonun keçidini həll etməyə çox yaxındır
“Udineze”də forma geyinən və son dövrlər Avropanın nəhəng klublarının transfer siyahısında olan Pablo Armero digər İtaliya təmsilçisinə keçməyə çox yaxındır. Apasport.az saytının məlumatına görə, sol cinah müdafiəçi ilə “Napoli” yaxından maraqlanır.

Bu barədə “Udineze” nin prezidenti Franko Soldati açıqlama verib. O, transferin yaxın günlərdə həll olunacağını bildirib:

“Anlaşmaya çox yaxınıq. Sadəcə bəzi detallar qalıb. Florensiya təmsilçisinin idman direktoru Rikkardo Biqon futbolçumuzun meneceri ilə danışıqlarını davam etdirir. Bu Pablo üçündə yaxşı olacaq. Mən Armeronun “Napoli”də də uğurlu çıxış edəcəyini düşünürəm”.

Qeyd edək ki, “Udineze”yə 2010-cu ildən “Palmeras”dan keçən 26 yaşlı futbolçu həm sol, həm də sağ cinah müdafiəsində oynamağı bacarır.