Boatenq irqçiliyə görə meydanı tərk etdi
04.01.2013 - 22:35
İtaliya futbolu yenidən irqçiliklə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, bu sözügedən ölkənin aşağı liqa təmsilçisi “Pro Patriya” ilə “Milan” arasında keçirilən yoldaşlıq görüşündə baş verib.
Belə ki, “Pro Patriya”ya aid tribunada azarkeşlər "rossonyerlər”in futbolçuları Kevin-Prins Boatenq, Nianq, Emenuelson və Muntariyə qarşı irqçilik ifadələri işlədiblər. Bunlara dözə bilməyən “Milan”ın qanalı yarımmüdafiəçisi Boatenq matçın 26-cı dəqiqəsində topu həmin tribuna istiqamətinə göndərərək meydanı tərk edib.
Daha sonra 25 yaşlı futbolçunun ardınca onun komanda yoldaşları da paltardəyişmə otağına yollanıblar və yenidən meydana qayıtmayıblar. Matç sona qədər davam etməyib.
Qeyd edək ki, 2010-2011 mövsümündə “İnter” – “Kalyari” matçında rəqib azarkeşlər “İnter”in hücumçusu Samuel Eto’Oya qarşı irqçilik ifadələri işlətmişdir.

0
0