İbriçiç digər türk klubuna keçdi
04.01.2013 - 22:52
İbriçiç digər türk klubuna keçdi
“Qaziantepspor”la müqaviləsinin müddətini qarşılıqlı şəkildə ləğv edən Seniyad İbriçiç yeni klubla anlaşıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bundan sonra “Kasımpaşa”nın formasını geyinəcək.

27 yaşlı futbolçu mövsümün sonuna qədər türk klubunun heyətində icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 2011-ci ildən Moskva “Spartak”ından “Qaziantepspor”a keçən Seniyad İbriçiç burada 13 oyunda forma geyinib və 2 qola imza atıb.