“Bavariya” gənc müdafiəçini heyətinə qatdı
04.01.2013 - 23:13
“Bavariya” gənc müdafiəçini heyətinə qatdı
Almaniya Bundesliqanın nəhəng komandalarından olan “Bavariya” gələcək mövsüm üçün heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Münhen klubu hazırda “Mayns”ın formasını geyinən Yan Kirkhoffla anlaşıb.

Artıq tərəflər arasında razılıq əldə edilib. Yaxın günlərdə 22 yaşlı müdafiəçi ilə 2016-cı ilə qədər müqavilə bağlanacaq.

Qeyd edək ki, Almaniya U-21 komandasında da çıxış edən Yan Kirkhoff 2007-ci ildən “Mayns”ın şərəfini qoruyur. O, bu klubun heyətində 51 dəfə meydana çıxıb.