Pato “Milan”dan ayrıldı, “Korintians”a keçdi
05.01.2013 - 00:18
“Milan” Aleksandre Pato ilə yollarını ayırdı. Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu “Korintians”a transfer olunub. Tez-tez zədələndiyi üçün meydana çıxa bilməyən 23 yaşlı forvard Braziliya klubuna 15 milyon avro qarşılığında keçib və 4 illik müqavilə bağlayıb.
Pato bununla bağlı italiyalı azarkeşlərinə məktubda yazıb: “Milan”da unudulmaz illər keçirdim. Mənə verdiyiniz dəstəyi heç vaxt unutmayacağam. “Korintians”da mütəmadi olaraq meydana çıxacağım üçün xoşbəxtəm. Ancaq “Milan”ı unutmaq mənim üçün asan olmayacaq”.
Qeyd edək ki, Aleksandre Pato 2007-ci ildən Milan təmsilçisinin formasını geyinir. O, bu mövsüm A seriyasında rəqib qapılarından qol keçirməyi bacarmayıb.

0
0