“Bakı” yanvar ayının 7-də bir araya gələcək
05.01.2013 - 01:02
“Bakı” yanvar ayının 7-də bir araya gələcək
İl sonu ilə əlaqədar ölkə çempionatında yer alan fasilə başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, təxminən, 15 günlük istirahətin sona yaxınlaşması ilə bərabər vətənlərində dincələn “Bakı”nın məşqçi və futbolçu heyətinin üzvləri gələn həftədən başlayaraq paytaxta qayıdacaqlar.

"Bakı" futbolçuları 7 yanvar 2013-cü il tarixində bir araya gələrək, yeni il tətilindən sonra hazırlıq prosesini bərpa edəcəklər.

1 həftə ərzində klubun təlim-məşq bazasında məşq edəcək komanda yanvar ayının 14-də Antalyaya yollanacaq. "Bakı" qardaş ölkədə 2 həftəlik təlim-məşq toplantısı keçirəcək. Komanda "Rixos Premium" otelində məskunlaşacaq və gündə 2 dəfə olmaqla taktiki və fiziki təmrinlər üzərində çalışacaq.

Bu müddət ərzində 3 və ya 4 yoldaşlıq oyununun baş tutacağı gözlənilir. Yoxlama oyunlarının tarixləri dəqiqləşdirilir. Mümkün rəqiblərdən biri Almaniyanın "Dinamo" Drezden klubu olacaq. Digər potensial sparrinq rəqiblərlə danışıqlar davam edir.

Təlim-məşq toplantısı dövründə bir neçə yeni futbolçunun düşərgəyə baxışa dəvət olunacağı nəzərdə tutulur.

Mənbə: fcbaku.com