London klubu heyətini gücləndirdi
05.01.2013 - 01:32
London klubu heyətini gücləndirdi
“Tottenhem” “Şalke”dən ayrılacağını daha öncədən açıqlayan Levis Holtbini transfer edib. Apasport.az saytının məlumatına görə, alman klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 22 yaşlı yarımmüdafiəçi London təmsilçisi ilə indidən anlaşıb.

Qeyd edək ki, Almaniya milli komandasının da formasını geyinən Holtbi 2009-cu ildən “Şalke”də çıxış edir.