“Yuventus” 29 yaşlı müdafiəçi ilə anlaşdı
05.01.2013 - 04:25
“Yuventus” “Atalanta”da forma geyinən və baş məşqçi Antonio Kontenin sabiq yetirmələrindən olan Federiko Pelusonu transfer edib. Apasport.az-ın məlumatına görə, Turin təmsilçisi 29 yaşlı futbolçu ilə 6 aylıq müqavilə bağlayıb.
Bu barədə klubun rəsmi internet saytı xəbər verib.
“Klubumuz Federiko Peluso üçün “Atalanta” ilə 30 iyun 2013-cü ilə qədər razılığa gəlib. Peluso müdafiənin həm sağında, həm də mərkəzində çıxış edə bilir. O, komandası ilə hücuma keçməyi və eyni zamanda rəqibin hücumunu dəf etməyi də bacara bilən futbolçudur”.
Qeyd edək ki, “Yuventus”un yeni oyunçusu 20 yanvar 1984-cü ildə Romada dünyaya gəlib. Bir müddət Nyo York şəhərində yaşayan Peluso professional futbola 2001-ci ildə “Pro Verselli”də başlayıb. 2009-cu ildən isə “Atalanta”nın heyətində çıxış edir. Federiko 2012-ci ildə ilk dəfə İtaliya milli komandasının formasını geyinib. O, 3 oyunda meydana çıxıb və 1 qola imza atıb.

0
0