Huqo Almeyda: Mən burada xoşbəxtəm
05.01.2013 - 05:18
Huqo Almeyda: Mən burada xoşbəxtəm
“Beşiktaş”ın hücumçusu Huqo Almeyda ayrılacağı ilə bağlı xəbərlərə açıqlama verib. Apasport.az saytının “Estadio Deportivo”ya istinad məlumatına görə, portuqaliyalı forvard “Seviliya”nın onunla maraqlanmasını dəyərləndirib:

“Mən burada xoşbəxtəm. Amma hər zaman özümü inkişaf etdirmək istəyirəm. “Seviliya” Avropanın yaxşı komandalardan biridir. Artıq mənim 28 yaşım var və burada yaxşı günlərimi keçirdirəm. Lakin İspaniya La Liqası və İngiltərə Premyer Liqası dünyanın ən yaxşı çempionatlarıdır. Hər bir futbolçu bu iki çempionatda forma geyinmək istər”.

Qeyd edək ki, Huqo Almeyda bu mövsüm “Beşiktaş”ın heyətində 9 top vurub və 6 olun da ötürməsini edib.