“Zadəganlar”ın müdafiəçisi “Cim-Bom”un hədəfində
05.01.2013 - 05:55
"Qalatasaray" qış transfer dövrəsində heyətini "Mançester Siti"nin müdafiəçisi ilə gücləndirməyi planlaşdırır. Apasport.az saytının Türkiyə mətbuatına istinad məlumatına görə, “sarı-qırmızılar” Kot d’İvuar yığmasının futbolçusu Kolo Tureni transfer etmək istəyir.
“Cim-Bom” “zadəganlar”ın futbolçusuna 3 milyon avro verməyə hazırdır. Lakin Mançester təmsilçisi Tureni 5 milyon avroya satmaq niyyətindədir. Tərəflər arasında danışıqlar davam edir. Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatacaq Ture komandasında ilinə 5 milyon avro qazanır.

0
0