Müller 2 ildə Münhen klubunda
31.12.2012 - 04:21
Müller 2 ildə Münhen klubunda
Almaniya Bundesliqasının ilk dövrəsinə lider yollanan “Bavariya” hücumçusu Tomas Müllerlə müqaviləsinin müddətini uzadıb. Apasport.az-ın klubun saytına istinad məlumatına görə, 23 yaşlı futbolçu daha 2 il Münhen təmsilçisinin şərəfini qoruyacaq.

Müllerin yeni müqaviləsi 2017-ci ilin 30 iyununda başa çatacaq.

Qeyd edək ki, Tomas Müller 2008-ci ildən “Bavariya”nın əsas heyətində çıxış edir. O, 122 matçda forma geyinib və 41 qola imza atıb.