Ronaldo PSJ-yə keçməyəcək
05.01.2013 - 06:29
PSJ-nin prezidenti Nassər Əl Xəlaifi Kriştiano Ronaldo və Joze Mourinyonun Paris klubuna keçəcəyi ilə bağlı yaranan söz-söhbətlərə münasibət bildirib. Apasport.az saytının Fransa mətbuatına istinad məlumatına görə, klub rəhbəri bu xəbərləri təkzib edib.
O, komandada heç bir dəyişikliyin olmayacağını vurğulayıb:
“Ronaldo “Real” üçün oynayır və komanda rəhbərliyinə hörmət bəsləyir. Onun Madrid təmsilçisi ilə hələ müqaviləsi var. Hər hansı bir klubla müqaviləsi olan futbolçu ilə biz maraqlanmırıq. Əgər Kriştianonu almaq istəsək, öncə “Real”ın prezidentinə zəng vuraram. Mourinyoya gəldikdə isə portuqaliyalı mütəxəssis “Kral klubu”nda Çempionlar Liqasını qazanmağını bəyan etməklə hər şeyə aydınlıq gətirib. Hazırda PSJ-nin sükanı arxasında Karlo Ancelottidir və mənim ona güvənim sonsuzdur”.

0
0