PSV bu il ilk transferini rəsmiləşdirdi
05.01.2013 - 06:58
PSV heyətini gənc futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Hollandiya təmsilçisi “Elfsborq”un 20 yaşlı oyunçusu Oskar Hiljemarkı transfer edib. Bu xəbəri klubun rəsmi saytı da təsdiqləyib.
PSV yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalayıb. O, yeni klubunda 27 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Oskar Hiljemark 2012-ci ildən İsveç milli komandasının heyətində çıxış edir. O, iki dəfə meydana çıxma şansı əldə edib.

0
0