Azərbaycan yığması 2013-cü ilə qələbə ilə başladı – YENİLƏNİB
05.01.2013 - 16:06
Azərbaycan yığması 2013-cü ilə qələbə ilə başladı – YENİLƏNİB
Bu gün Azərbaycanın futbol yığması 2013-cü ildə ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun baş məşqçisi odluğu yığmamız Rusiyanın Sankt-Peterburq şəhərində start götürən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə ölkəmizi təmsil edir. Sayca XXV olan yarışda 1995-ci il təvəllüdlülərdən ibarət komandalar çıxış edir.

Çexiya, Ukrayna və Litva ilə birgə A qrupunda yer alan millimiz ilk oyununu Baltikyanı ölkənin təmsilçisi ilə keçirib. Millimiz matçı minimal fərlqi qələbə ilə başa vursa da, oyunun gedişində hesabda 3:0 irəlidə olub. Ancaq sonradan 2 top buraxan yığmamız üstünlüyünü qoruya bilərək, meydanı qalib tərk edib.

Yanvarın 13-dək keçiriləcək yarışda yığmamızın növbəti oyunu yanvarın 7-də Bakı vaxtilə saat 14:15-də Çexiya ilə olacaq .

5 yanvar
14:15. Azərbaycan – Litva - 3:2
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi