Rəqibimizin kapitanı autsayderə keçir
05.01.2013 - 12:29
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan İsrail yığmasının kapitanı Yossi Benayun özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi İngiltərə Premyer Liqasının autsayderlərindən olan “Sautgempton”a keçir. Tərəflər artıq danışıqlara başlayıblar və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Müqavilə ilə “Çelsi”yə məxsus futbolçu mövsümə Londonun digər təmsilçisi “Vest Hem”də başlayıb. Ancaq orada daha çox zədə problemi ilə üzləşən yarımmüdafiəçi cəmi 6 matçda meydana çıxıb. Yanvarın 3-də “Çelsi”yə qayıdan israilliyə özünə başqa klub tapmaq tövsiyə olunub.

0
0