Millimiz liderliyi ələ keçirmək şansı qazandı
05.01.2013 - 14:03
Millimiz liderliyi ələ keçirmək şansı qazandı
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının iştirak etdiyi Rusiyanın Sankt-Peterburq şəhərində sValentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk oyunu qrupumuzda Çexiya və Ukrayna yığmaları arasında olub. Matç 3:3 hesabı ilə nəticələnib.

Az sonra meydana çıxacaq Arif Əsədovun baş məşqçisi olduğu yığmamız Litvaya qalib gələrsə, 3 xalla qrupumuzda liderliyini ələ keçirəcək.