XXI əsrin ən yaxşı qapıçısının adı açıqlandı
05.01.2013 - 16:30
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXIəsrin ən yaxşı qapıçısının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu, “Yuventus”un və İtaliya yığmasının 35 yaşlı kapitanı Canluicci Buffon sayılıb. O, hər il keçirilən sorğunun nəticəsinə əsasən qurumun 2012-ci ildə ən yaxşı qapıçı saydığı “Real”ın və İspaniya yığmasının kapitanı İker Kasilyası 1 bal qabaqlayıb.
Belə ki, Buffon 218, Kasilyas 217 bal toplayıb. 82 qapıçının yer aldığı siyahıda 3-cü “Çelsi”nin çexiyalı qapıçısı Peter Çex 172 balla olub.
Belə ki, Buffon 218, Kasilyas 217 bal toplayıb. 82 qapıçının yer aldığı siyahıda 3-cü “Çelsi”nin çexiyalı qapıçısı Peter Çex 172 balla olub.
0
0