Tito Vilanova sabah “Barselona”nı derbiyə çıxaracaq
05.01.2013 - 17:39
Tito Vilanova sabah “Barselona”nı derbiyə çıxaracaq
Tito Vilanova “Barselona”nın baş məşqçisi postuna qayıdıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı çalışdırıcı səhhətində ciddi problem üzündən 1 aylıq fasilədən sonra iş başında olaraq, komandasını sabah İspaniya çempionatında “Espanyol”la Barselona derbisinə çıxaracaq.

Bunu onu bu müddətdə əvəzləyən köməkçisi Xordu Roura oyun öncəsi mətbuat konfransında təsdiqləyib: “Tito sabah “Espanyol”la oyunda ehtiyat oyunçular skamyasında olacaq. O, hələ də müalicəsini davam etdirir. Bu, uzun prosesdir. Ancaq o, çox güclüdür və həyatı sevir. Bu insanın qeyri-adi gücü var”.

Qeyd edək ki, bu il 45 illik yubileyini qeyd edən mütəxəssis ötən ay qulağındakı şişin aradan qaldırılmağı ilə bağlı yenidən cərrahiyyə əməliyyat olunub.