Arif Əsədov: Rəqibi bütün komponentlərdə üstələdik
05.01.2013 - 20:20
Arif Əsədov: Rəqibi bütün komponentlərdə üstələdik
“Turnirə qələbə ilə başlamaq, təbii ki, sevindiricidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov deyib. Təcrübəli çalışdırıcı Rusiyanın Sankt-Peterburq şəhərində start götürən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə Litva (3:2) yığması ilə qarşılaşmadan sonra bildirib.

Əsədov yetirmələrinin bütün komponentlərdə rəqiblərindən üstün olduğunu vurğulayıb:

“İstənilən turnirdə birinci oyunun nəticəsi psixoloji baxımdan böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, qələbə qazanmağımız oyunun gedişinə uyğun oldu. Xüsusilə birinci hissədə rəqibimizi bütün komponentlərdə üstələdik. Lakin penalti zərbəsindən yararlana bilməməyimiz Litva yığmasının xeyrinə dönüş yaratdı. Bununla belə, qələbə qazana bildik və bu münasibətlə futbolçularımızı təbrik edirəm”.