“Həqiqətən də, rəqibimiz bu gün bizdən üstün oynadı”
05.01.2013 - 20:36
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində start götürən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə millimizlə (3:2) qarşılaşmadan sonra Litva yığmasının baş məşqçisi Antanas Vinqilis oyun haqda öz fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, rəqibimizin çalışdırıcısı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Vinqilis yığmamızın üstün oyun nümayiş etdirdiyini ifadə edib:
“Azərbaycan yığmasını təbrik edir və uğurlarının davamını arzulayıram. Həqiqətən də, rəqibimiz bu gün bizdən üstün oynadı. Heyətlə bağlı müəyyən problemlərimiz var. Xüsusilə birinci hissədə futbolçularımızın ardıcıl olaraq sarı vərəqə ilə cəzalanmasının səbəbi təkbətək mübarizələrdə rəqib oyunçulara uduzmağımızdır. Qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.

0
0