Droqba İtaliya A seriyası yolunda
05.01.2013 - 21:31
“Çelsi”nin sabiq futbolçusu Didye Droqbanın meneceri Karlos Arino Bayo forvardın yanvar ayında “Milan” və ya “Yuvestus”a keçməyə yaxın olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına açıqlama verən Bayo 6 aydır “Şanxay Şenxua”da çıxış edən Fil Dişi Sahili yığmasının hücumçusu ilə sözügedən klublar yaxından maraqlanır.
Menecer artıq “Milan”la “Yuvestus” nümayəndələrinin Droqbaya ciddi təkliflər də göndərdiyini vurğulayıb:
“Didyenin İtaliya təmsilçisindən birinə transfer olunması ehtimalı çoxdur. Droqbaya bu iki klubdan ciddi təkliflər gəlib. Bu komandalarla gələn həftə sonuncu dəfə görüşüb, məsələyə aydınlıq gətirəcəyik”.

0
0