Voleybolçularımız Fransa yığmasına məğlub oldu
05.01.2013 - 22:14
Voleybolçularımız Fransa yığmasına məğlub oldu
Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, E qrupunda yer alan Azərbaycan millisi Yunanıstanda keçirilən yarışın 3-cü matçında Fransa ilə qarşılaşıb.

Görüş fransalıların 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, millimiz 2-ci oyununda Yunanıstan yığmasına 2:3 hesabı ilə məğlub olmuşdur.